Aylardır eşq yaşayan türkiyəli sənətçilər Oğuzhan Koç və Demet Özdemir cütlüyü toy barədə qərarlarını verib.
OLAY yazır ki, türk mediasının iddiasına görə, sənətçilər avqustda İzmirin Çeşme bölgəsində evlənəcək. Onların toyu iki gün - 13-14 ya da 20-21 avqustda baş tutacaq.
Qeyd edək ki, ötən günlərdə O.Koç etdiyi evlilik təklifi və aktrisaya aldığı 4 karatlıq, 60 min dollar dəyərində olan üzüklə gündəmə gəlmişdi.