Türkiyəli müğənni Oğuzhan Koç qısa bir ayrılıqdan sonra sevgilisi, aktrisa Demet Özdemirlə barışaraq ona evlilik təklif etmişdi.

OLAY yazır ki, gecənin detalları barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, Oğuzhan təklif üçün İstanbulun Sarıyer səmtində məşhur hotellərdən birinin ən lüks otağını seçib. Otağın bir gecəlik qiyməti 82 min lirədir. Amma məsrəf bununla yekunlaşmayıb. Boğaz mənzərəli otaq Demetə özəl şəkildə bəzədilib.

Oğuzhanın “milyonluq” evlilik təklifinin detalları

Gecənin avtomobili də xüsusi seçilib. Müğənni sevgilisini evindən 18 milyon lirə dəyərində “Rolls-Royce Phantom” avtomobillə götürüb.

Oğuzhanın “milyonluq” evlilik təklifinin detalları

Cütlük “kral dairəsi”ndə yemək yeyərkən “Sakiler” qrupu otağa girərək ötən il hit olan “Dünyadan uzak” mahnısını səsləndirib. Oğuzhan da evlilik təklifini həmin musiqinin müşayiəti ilə edib. İfaçının Demetə verdiyi 4 karatlıq brilyant üzüyün qiymətinin 1 milyon 250 min lirə olduğu bildirilib.

Oğuzhanın “milyonluq” evlilik təklifinin detalları

Cütlüyün 7 dostu da həmin vaxt hotelin restoranında yemək yedikdən sonra onların yanına qalxaraq Demetə sürpriz ediblər.

Oğuzhanın “milyonluq” evlilik təklifinin detalları

Sənətçilər sevincli anları isə həmin gün sosial mediada paylaşıblar. Özdemir libası ilə diqqət çəkib. Onun paltarının qiymətinin isə 17 min lirə olduğu söylənilib.

Oğuzhanın “milyonluq” evlilik təklifinin detalları Oğuzhanın “milyonluq” evlilik təklifinin detalları Oğuzhanın “milyonluq” evlilik təklifinin detalları Oğuzhanın “milyonluq” evlilik təklifinin detalları Oğuzhanın “milyonluq” evlilik təklifinin detalları