Fotosessiya
Fotosessiya

Demetlə Oğuzhan ayrıldı

Demetlə Oğuzhan ayrıldı

Türkiyənin məşhur cütlüyü- aktrisa Demet Özdemir və aktyor-müğənni Oğuzhan Koç münasibətlərinə nöqtə qoyub.   

OLAY yazır ki, tez-tez ayrılıq xəbərləri ilə gündəmə gələn iki tanınmış sima yollarını ayırıb.

“İkinci Sayfa” maqazin proqramının xəbərinə görə, onlar bu barədə yaxın dostlarına məlumat veriblər. 

Qeyd edək ki, ötən il Oğuzhan Koç və Yağmur Tanrısevsin 5 illik münasibətinə son qoymuşdu. Tanrısevsinə aid hər şeyi silən Koç bir müddət sonra Demet Özdemirlə görüntülənmişdi. 

Əvvəlcə sevgili olmadığını deyən cütlük sonradan məlumatı təsdiq etmişdi. Özdemir açıqlamasında “Bəli, yeni il günü fotolarımızın çəkildiyi doğrudur. İndi deyə bilərsiniz ki, yeni il sevgi bombasıdır.” 

Oğuzhan Koç da İnstaqramda verdiyi açıqlama ilə münasibətdə olduqlarını təsdiqləmişdi.