Müğənni Elnarə Xəlilova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, onun təbii görüntüsü müzakirə mövzusu olub. İzləyicilər ağaran saçlarının və üzündəki qırışların ona yaraşdığını bildirib.
Elnarə isə fotosunu bu şərhi yazmaqla kifayətlənib:
“Bəzən ağlayır, bəzən gülürük, bəzən gedib-gedib, bəzən dönürük. Bəzən də sevincdən gözümüz dolur, közərən alovu tez söndürürük. Yıxılır - dururuq, açır - soluruq, hərdən ilhamlanır, hərdən donuruq. Hərdən sahiblənir, hərdən qoyuruq, bəzən çox ac ikən - qəfil doyuruq. Bəzən usanırıq, bəzən bezirik, Bəzən utanırıq, bəzən dözürük. Bəzən də hissləri görməzdən gəlib - özümüzdə onu gömürük. Bərkə də düşürük, boşa da çıxırıq - həyatın ipilə gah enir, gah qalxırıq. Bəzən qürurla gedib, bəzənsə yenilirik, bəzən uğur qazanıb, bəzənsə ələnirik. Bəzən sevir, sevilir, bəzən də bitiririk. Beləcə həm qazanır, hərdən də itiririk. Yaşayırıq, yanırıq, hərdən də dayanırıq. Hər kəsi özümüzə doğma, əziz sanırıq. Həyatdı, həm enişi, həm yoxuşu olacaq. Həm ağı, həm qarası, həm naxışı olacaq. Mühüm olan keçməkdir, bu da ötüb keçəcək. Heç nə əbədi deyil, ömür özü seçəcək”.
Qeyd edək ki, ifaçının 4 övladı var.