Aparıcı İskəndər İbrahim paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, o, instaqramda “story” paylaşıb. Aparıcı bəzi blogerlərə söz atıb:

“Bunu sonuncu dəfə deyirəm və üstündən xətt çəkib keçirəm.

Əziz və dəyərli blogerlər, influencerlər, təşəkkür edirəm ki, məni ən gözəl günlərinizdə aparıcı kimi görmək istəyirsiniz. Mənim üçün həqiqətən xoşdur. Amma bəzi blogerlər var ki, mənimlə heç bir münasibəti yoxdur, həyatda cəmi iki dəfə salamlaşmışıq, amma elə bilirlər ki, onlara borcum var.

Əsla belə deyil! Mənim sizin reklamınıza ehtiyacım yoxdur. Əksinə, mənim sizin məclisinizdə iştirakım sizin üçün bir reklamdır. Gəlin, bir-birimizin əməyinə və zamanına hörmətlə yanaşaq.

Və bəzi həmkarlarımdan çox xahiş edirəm, vəziyyəti elə həddə çatdırmayın ki, belə situasiyalar yaransın. Özü də həmin blogerlərlə danışanda deyirlər: “Aaaaa, filankəs dedi ki, pulsuz gələrəm”. Yəni adınız belə hallanır. Dostlara şamil deyil”.