Olay
Olay

Elmira Əliyeva dəfn olundu

Elmira Əliyeva dəfn olundu

Ötən gün vəfat edən müğənni Elmira Əliyeva dəfn olunub.

Bu barədə OLAY-a mərhumun oğlu Elbrus Əliyev məlumat verib.

O bildirib ki, sənətçi bu gün Mehdiabad qəsəbəsində torpağa tapşırılıb.

“İki gün əvvəl vəziyyəti pisləşdi. Xəstəxanaya yerləşdirdim. Dünən zəng etdilər ki, vəfat edib. Həm xərçəng xəstəliyindən əziyyət çəkirdi, həm də ciyərlərinə su yığılmışdı”.