Azərbaycan qoboyçusu, bəstəkarı və pedaqoqu, Xalq artisti Kamil Cəlilov bu gün II Fəxri Xiyabanda dəfn olunub.
OLAY APA-ya istinadən yazır ki, dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, hökumət və mədəniyyət nümayəndələri iştirak ediblər.
Mərhumun yaxın dostu, şair, jurnalist Habil İslam jurnalistlərə açıqlamasında Kamil Cəlilovla möhkəm dost olduqlarını xatırladıb: "Bizim Kamillə nə az, nə çox düz 35 illik dostluğumuz var. Bu gün Azərbaycan mədəniyyətinə çox boyük bir itki üz verib. Kamil Cəlilov ölkədəki yeganə qaboy ustadı idi".
"Mədəniyyətimiz üçün böyük itkidir. Dünya şöhrətli musiqiçimiz Kamil müəllimin vəfatı hər birimizi kədərləndirir. Mərhumun ailəsinə, sənət yoldaşlarına nazirlik adından baş sağlığı verir, ona Allahdan rəhmət diləyirik", - Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov deyib.
Qeyd edək ki, Kamil Cəlilovun əvvəlcə Bilgəh qəbiristanlığında dəfn olunması nəzərdə tutulsa da, sonradan dəfn mərasimi II Fəxri Xiyabana dəyişdirilib.