İncəsənət
İncəsənət

Canəli Əkbərov dəfn olundu - Yenilənib

Canəli Əkbərov dəfn olundu - Yenilənib

Bu gün Xalq artisti Canəli Əkbərovla vida mərasimi keçirilib.

OLAY yazır ki, vida mərasimində Xalq artistinin yaxınları, mədəniyyət nümayəndələri iştirak ediblər.

Mərhumun nəşi torpağa tapşırılmaq üçün İkinci Fəxri Xiyabana aparılıb.

***

Ötən gün vəfat edən Xalq artisti Canəli Əkbərov dəfn olunur.

OLAY yazır ki, xanəndənin cənazəsi İkinci Fəxri Xiyabana gətirilib.

Dəfn mərasiminə sənətçinin doğmaları, sənət dostları və media nümayəndələri iştirak edir. 

Xalq artisti Canəli Əkbərov dəfn olunub. 

OLAY yazır ki, sənətkar İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb. Mərasimdə mərhumun doğmaları, sənət dostları, Mədəniyyət Nazirliyinin nümayəndələri və media mənsubları iştirak ediblər.

Qeyd edək ki, 81 yaşlı xanəndə beyin insultu keçirmişdi.

Müxbir: Samirə Ərəblinski

Fotolar: Nuran Məmmədov