Musiqi
Musiqi

İsrail qatılsa, Avroviziyadan gedəcəklər...

İsrail qatılsa, Avroviziyadan gedəcəklər...

İslandiya, Sloveniya və İspaniya İsrailin “Eurovision 2026”da iştirak etməsi halında müsabiqəni tərk edəcəklərini bildiriblər. 

OLAY yazır ki, ölkə nümayəndələri bildirib ki, onlar dəfələrlə EBU-ya (Avropa Yayım Birliyi) yazılı olaraq  müraciət edərək iştirak qaydaları və İsraillə bağlı narahatlıqlarını bildirsələrdə konkret cavab almayıblar.

Onlar şəffaflığın təmin olunmasını tələb edərək, əks halda yarışmanı tərk edəcəklərini bildiriblər. 

İspaniya tərəfi bu məsələyə 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu səbəbindən yarışmadan  kənarlaşdırılmasını misal göstərib.

Müsabiqədən imtina edən ölkələrin saylarının getdikcə artacağı təxmin olunur.