Olay
Olay

Aynur öpüşmə videosundan danışdı

Aynur öpüşmə videosundan danışdı

Müğənni Aynur Dadaşova həmkarı Niyam Salami ilə yayılan öpüşmə videosu haqda açıqlama verib.

OLAY yazır ki, bu barədə o, “Həmin Zaur” proqramında danışıb.

Aynur deyib ki, sözügedən görüntülərə görə, peşman deyil:

“Milyonlarla insan bizi izləyir. Hamı bizi tanıyır. Niyamla aramızda dostluq sevgisi var. O videoya görə, niyə peşman olmalıyam? Ürəyində pis fikir olsa, ya da gizli xoş olmayan nəsə etsən hə. Amma biz hər kəsin qarşısındayıq”.

Qeyd edək ki, iki sənətçi 8 Mart Beynəlxalq Qadınlar günündəki səhnəsindən səmimi görüntülər yayılıb. Belə ki, kadrlarda Niyamın Aynuru dodağından öpməsi yer alıb.