Olay
Olay

Rəhim, Kərim və Niyam arasında nələr baş verib ?

Rəhim, Kərim və Niyam arasında nələr baş verib ?

Müğənnilər Kərim Abbasov, Rəhim Rəhimli və Niyam Salami arasındakı qalmaqal yenidən alovlanıb.

OLAY yazır ki, Kərim həmkarları ilə barışmaq istəsə də, bu baş tutmayıb.

Belə ki, o, “Səhər mərkəzi” proqramında Rəhimə zəng edib. Lakin telefona cavab verən olmayıb.

Daha sonra Abbasov hər iki ifaçının da düşməni olmadığını söyləyib:

“Sadəcə aramızda  söz atışması olub. Deyək ki, nəyinsə üsütündə qırğın gedir, yalan olar. Hərə öz işindədir. Bir-birimizin sözü boğazımızdan keçməyib. Onlar mənim düşmənim deyil. Qarşıdan Novruz bayramı gəlir. İkisinə də jest olsun. Gəlin, barışaq, mehriban olaq. Kimin xətrinə dəymişəmsə, üzr istəyirəm”.

“Şourum” verilişinə danışan N. Salami isə həmkarının barışıq təklifini rədd edib.

“Axı bu elə-belə küsülülük deyil ki, tamaşaçıya, ya da maqazinə görə barışaq. İki dəfə barışmışıq. Fikrimcə, bundan bir nəticə çıxmır. Əgər barışıb, yenə küsəcəmsə, niyə də olsun? Məsələn, illər əvvəl Xalq artistləri Zülfiyyə Xanbabayeva, Faiq Ağayev və bir nəfər də var idi, verilişdə qonaq idilər. Yadımda deyil, amma üçlük idi. Efirdə dedilər ki, barışıq olsun. Onda Zülfiyyə xanım gözəl bir söz işlətdi. Dedi ki, tamaşaçıya görə, burda barışaq, lakin o deyil. Bunun sonrası var, cavabını verməlisən, bədəlini ödəməlisən. Gərək dava edəndə barışıq üçün yer qoyasan. Rəhim sənətkar, bəstəkar olduğu üçün bağışlamaq olar”,- deyə Niyam vurğulayıb.

R. Rəhimli ümumiyyətlə mövzu haqda açıqlama verməyib.