Xalq artisti Aygün Kazımova 8 Mart- Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib.
OLAY yazır ki, yeni şəkillərini instaqram hesabında yayan sənətçi xanımları bayram münasibətilə təbrik edib:
“İncə, zərif, amma hər zaman çiyinlərində ən ağır yükləri daşıyan, qəlbləri sevgi ilə döyünən qadınlar! Tək bu gün yox, hər günümüz bayram olsun. Anaların əllərindən, balacaların gözlərindən öpürəm”.