Xalq artisti Aygün Kazımova və TV-radio aparıcısı Kazım Sübhanın dostluğu bitib.
OLAY yazır ki, bu barədə K. Sübhan “Özel Tube” proqramında qonaq olarkən deyib.
O, Kazımovanın ona vida mesajı yazdığını qeyd edib:
“Aygün Kazımova ilə münasibətlərimiz soyuqdur. Bunun səbəbini də bilmirəm. Keçən ilin aprelində münasibət qırıldı. Mənə bir vida mesajı yazdı. Normal qarşıladım. Aygün Kazımova ilə zaman-zaman münasibətimiz korlanıb, yazdığı mesaja “Ok” yazmışam. Mənim üçün iki Aygün Kazımova var. Biri zamanında dost bildiyim, digəri isə hamının tanıdığı superstar Aygün Kazımova! Hazırda mənim üçün ikinci variantdır”.