Bu mövsüm “Schiaparelli”nin kreativ direktoru Daniel Rouzberri 2025 payız “couture” kolleksiyasında rəngdən tamamilə imtina edib.
OLAY yazır ki, o, daha təməl və instinktiv bir yanaşma axtarıb. Kolleksiyanın ulduz parçası hesab olunan qırmızı atlaz libası digərlərindən fərqləndirən başqa bir xüsusiyyət var.
Rouzberri “Schiaparelli”nin surrealist təməllərinə söykənərək Salvador Dalinin 1953-cü ildə yaratdığı “The Royal Heart” (Krallıq Ürəyi) adlı əsərinə ehtiramını ifadə edib.
Həmin əsərdə qırmızı yaqutlarla bəzədilmiş ürək qızıl ürək formasının içində döyünür. Rouzberrinin 2025 versiyasında da ürək qırmızı daşlarla bəzədilib, saxta bir sinə üstündə yerləşdirilərək mexaniki şəkildə yığılıb və insan ürəyi kimi döyünür.