Olay
Olay

“Spotify”da qazancları 200 min dolları keçir...

“Spotify”da qazancları 200 min dolları keçir...

Türkiyədə “Spotify”dan ən çox qazanan sənətçilərin siyahısı təqdim edilib.

OLAY yazır ki, Genç TG-nin məlumatına görə, 6-cı sırada Mabel Matiz var. Onun platformadan aylıq gəliri 201 min dollardır.

Sezen Aksunun aylıq gəliri 206 min dollar olaraq hesablanıb. O, 5-ci sıradadır.

Gülşen siyahıda 4-cü pillədədir. Aylıq qazancı 245 min dollardır.

3-cü pillədə reper Lvbel C5 var. O, “Spotify”da 327 min dollar qazanır.

2-ci yerdə Semicenk dayanır. Müğənninin aylıq gəliri 342 min dollardır.

İlk pillədə isə reper Blok3-dür. Onun qazancı 348 min dollardır.