Aktyorlar Ancelina Coli və Bred Pitt cütlüyünün əkizləri Knoks Leon və Vivyen Marşelin tez-tez Los-Anceles küçələrində birlikdə görüntülənirlər.

OLAY yazır ki, əkizlər ötən günlərdə də birlikdə kameralara tuş gəliblər.

Təsviri sənətə maraq göstərən Vivyen Marşelin Los-Ancelesdə təşkil olunan sənət yarmarkasında özünə stend açıb. Özünün çəkdiyi rəsmləri yarmarkada satışa çıxaran Vivyeni əkizi Knoks da tək qoymayıb. O, bacısına stendini qurmaqda və təşkil etməkdə kömək edib.

Hətta bir ara iki bacı-qardaş alçaq divarın iki tərəfində üz-üzə dayanaraq uzun-uzadı söhbət ediblər.

Ancelina Colinin əkizləri Los-Ancelesdə Ancelina Colinin əkizləri Los-Ancelesdə Ancelina Colinin əkizləri Los-Ancelesdə Ancelina Colinin əkizləri Los-Ancelesdə