Aparıcı Seyhan Soylu müğənni Ebru Gündeşlə bağlı maraqlı iddia səsləndirib.
OLAY yazır ki, Gündeşin keçmiş sevgililəri haqda danışan Soylunun açıqlaması gündəm olub.
“Bu qadından sonra kişilər başqa xanımlarla sevgili ola bilmirlər. Ona görə oriyentasiyalarını dəyişirlər. Ya biseksual , ya da gey olurlar. Ebrunu incitsəz, sizi qovsa, bir də özünüzə gələ bilməzsiniz. Baxın, Rzadan ayrıldı, həbsxanada bir kişi ilə tutuldu. Ondan əvvəl də Steylo Pipis ilə eşq yaşadı, o da həyatına gey olaraq davam edir. Bir nəfər də var. Amma onu çox sevirəm, adını demək istəmirəm”, - deyə Seyhan bildirib.