Müğənni Vəfa Şərifovanın Cənubi azərbaycanlı həmkarı İman Zamanın “Nazlı Qızım” mahnısını onun icazəsi olmadan oxuyub.
OLAY yazır ki, bu fakt “Həmin Zaur” proqramında ortaya çıxıb. Belə ki, Şərifova və İ. Zaman verilişdə birgə qonaq olub.
Vəfanı məhkəməyə verəcəyini söyləyən ifaçı bu məsələyə qəzəbləndiyini bildirib.
O, qeyd edib ki, Vəfanın meneceri ona yazsa da, ifa etməsinə qəti icazə verməyib:
“Mənə bildirdilər. Dedim ki, 20 min dollar da versələr, satmaram. Çünki satılıq deyil. Mənim qızımın adı Nazlıdır. İndi o sizin “əlinizdədir”. Ona görə ki, o mahnı mənim qızım idi, yavaş-yavaş böyütmüşdüm. Siz isə əlimdən aldınız. İstəyirdim ki, bu mahnını Azərbaycana özüm gətirim.
Həmin ifanı hazırlayana qədər gecə-gündüz çalışmışam. “Google”də mahnını axtarışa verəndə mənim yox, onun adı gəlir. Mənə hörmət etməyib. Mahnının üstünə kölgə salıb”.
V. Şərifova isə İman Zamanla əlaqə saxlamağa çalışdığını, lakin danışa bilmədiyini bildirib.
“O mahnı mənim yutub səhifəmdə yoxdur. Yükləməyə icazə vermədilər, yerləşdirmədik. Toyda oxumağa görə məhkəməyə verəcəksə, versin”.