Olay
Olay

Netrebkonu ukraynalı müğənni əvəzlədi

Netrebkonu ukraynalı müğənni əvəzlədi

Rusiyanın Xalq artisti Anna Netrebkonun Nyu-Yorkdakı silsilə çıxışları Ukraynadakı hərbi əməliyyatlara görə ləğv edilib.

OLAY yazır ki, Metropoliten Operasının mətbuat xidmətindən verilən açıqlamada qeyd olunur ki, A. Netrebko aprel və may aylarında Cakomo Puççininin “Turandot” operası, eləcə də növbəti mövsümdə Cüzeppe Verdinin “Don Karlos” operası üçün teatrda nəzərdə tutulan tamaşalar cədvəlindən çıxarılıb.

Vurğulanır ki, ukraynalı opera müğənnisi Lyudmila Monastyrskaya “Turandot” operasında rusiyalı ifaçını, Don Karlosda isə A. Netrebkonu kimin əvəzləyəcəyi barədə hələlik məlumat verilmir.

Lyudmila Monastyrskaya