Olay
Olay

Timati ukraynalı müğənnini söhbətə çağırdı

Timati ukraynalı müğənnini söhbətə çağırdı

Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar fonunda şou-biznes artistləri arasında silsilə qalmaqallar səngimək bilmir. 

OLAY yazır ki, bu dəfə gərginliyin mərkəzində ukraynalı müğənni Maks Barskix və rus reper Timati olub. Hər şey Barskixin sosial şəbəkələrdə yerləşdirdiyi video ilə başlayıb. Belə ki, o, Ukraynadakı hərbi əməliyyatlarda yazaraq Rusiyanı “başqa heç kimin gəlmək istəmədiyi” ölkə adlandırıb və bir neçə təhqiredici sözlərdən istifadə edib. 

Rus sənətçilərin cavabı özünü çox gözlətməyib. Əvvəlcə, Slava ukraynalı müğənniyə cavab verib.

Sonra Timati bütün bu illər ərzində ukraynalı sənətçini kimin “qidalandırdığını” xatırladıb. Reper Maksı söhbətə çağıraraq əlavə edib ki, görüşdə kimin həqiqətən söylədiyi təhqirlərə layiq olduğunu göstərəcək.