Azərbaycan tarixində ilk dəfə bir qadın — Vəfa Qəhrəman Everest və Lots (ardıcıl iki 8000 metr hündürlüyündə zirvə) marşrutunu uğurla tamamlayaraq tarixi uğura imza atıb.
OLAY-ın məlumatına görə, peşəkar bələdçi Dava Şerpa ilə birgə yola çıxan Vəfa Qəhrəman 15 may 2025-ci il tarixində Everest zirvəsini, 17 may 2025-ci il tarixində isə Lots zirvəsini fəth edib.
Hazırda o, baza düşərgəsinə təhlükəsiz şəkildə geri dönüb.
Bu tarixi ekspedisiya ilə Vəfa Qəhrəman yalnız Azərbaycan üçün deyil, Qafqaz qadın alpinistləri üçün də yeni bir səhifə açıb.