Əməkdar artist Rəhman Rəhmanov ilk dəfə oğlunun ölüm səbəbini açıqlayıb.
OLAY yazır ki, o, bu barədə “Bizimləsən” proqramında danışıb. Sənətçi deyib ki, oğlu öləndə yeni ailə qurubmuş:
“Mənim bir xanımım var. Qanunla 28 il bundan əvvəl birinci xanımımdan ayrılmışıq. İlk evliliyimdən üç uşağım var. Dörd idi, biri 27 yaşında dünyasını dəyişdi. O, faciəvi şəkildə vəfat etdi. İkinci mərtəbədən yıxıldı. Yerdə bir daş başına girdi, şah damarını kəsdi. Yeni ailə qurmuşdu, hələ övladı yox idi. Yaxşı da toy etmişdim. 18 il əvvəl vəfat etdi. Bu müddət ərzində bildim ki, bala dərdi nə deməkdir. Onun xanımı mənim qızım sayılır. Ondan sonra biz dəfələrlə dedik ki, ailə qur. Evlənmədi”.