Tanınmış aktrisa Nərgiz Əliyeva doğum günündə maraqlı addım atıb.
OLAY yazır ki, o, 30 yaş partisində qızı Jasminin adını daşıyan geyim brendini təqdim edib. Xeyli sayda qonağın qatıldığı gecədə markanın dəfiləsi də baş tutub.
Podiumda özəl hazırlanan 16 libas nümayiş etdirilib. Onlardan 8-i ziyafət, digərləri isə nikah və toy libasları olub. Dəfiləyə fasilə zamanı səhnəyə Avroviziya qalibi Nigar Camal çıxıb və üç mahnısını qonaqlar üçün səsləndirib.
Nümayişdən sonra ad günü şənliyinə start verilib. Qonaqlar arasında TV simaları, incəsənət üzvləri, blogerlər də yer alıb.