Rusiya dövlət kanalının aparıcısı, Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı Maksim Qalkin Ukraynaya dəstək olub.
OLAY yazır ki, məşhur şoumen instaqramda Rusiya ilə Ukrayna arasında baş verənlərdən kədərli olduğunu bildirib.
“Səhər sübhdən Ukraynada yaşayan dostlarım, qohumlarımla əlaqə saxlamışam. Nə hiss etdiyimi sözlə ifadə edə bilmirəm. Bu, necə mümkündür? Müharibəyə heç bir bəraət qazandırmaq olmaz! Müharibəyə yox”,- deyə Maksim vurğulayıb.