Aktyor Müşfiq Şahverdiyev xanımı Aynurə və oğlu Murad ilə birlikdə “Zaurla Günaydın” verilişində qonaq olub.
OLAY yazır ki, sənətçi xanımının Ukraynada ali təhsil aldığığını bu il məzun olduğunu söyləyib:
“Yollarda qalmışdım. Aynurə Ukraynada təhsil alırdı, bu il bitirdi. Mənim də canım qurtardı. Həftədə bir dəfə ora gedib-gəlirdim. Daha ildə bir dəfə gedəcəyik. Murad da orada dünyaya gəlib. O zaman da çox getdim-gəldim. Aynurə imtahan verməyə getmişdi, elə orada Murad dünyaya gəldi. Sonra qayıtmaq istəyəndə hava limanında icazə vermədilər. Elə xanımım özü də Ukraynada doğulub böyüyüb. Murad Ukrayna vətəndaşı deyil. Amma 18 yaşında özü seçə bilər. Özü də bu qəribə uşaqdı. Mən ondan əlimi üzmüşəm, bilmirəm, burada qalacaq, ya yox. Məsələn, iki il burada qaldı, bir kəlmə sözü güclə öyrətdim. Dörd-beş aydır oradadı rus dilində sözlər öyrənib. Həm də Murada Ukraynanın havası düşür, gedəndə gəlmək istəmir”.