Olay
Olay

“Qəbrini görəndə ağladım…” - İllər sonra danışdı

“Qəbrini görəndə ağladım…” - İllər sonra danışdı

Mərhum xanəndə Səxavət Məmmədovun oğlu Şəhriyar ilk dəfə atasının məzarını ziyarət etməsi barədə açıqlama verib.

Şəhriyar OLAY-a bildirib ki, atasının qəbir üstündə keçirdiyi hissləri sözlə ifadə edə bilmir:

"Otuz il görmədiyim yerlərdir. O vaxtlar özümü tam dərk etməmişəm. Yəni, üç yaşım var idi, atamı itirdim. Onu heç xatırlamıram. Ancaq videoda gördüklərim, insanların danışdıqlarını bilirəm. Onun oğlu olduğum üçün mənə göstərdikləri münasibətdən tanımışam. Bilmişəm ki, adı kimi səxavətli, gözəl insan olub. Qəbrini də görəndə ağladım. Çox çətindir”.

Hazırda sürücü kimi çalışan Şəhriyar nə üçün atasının sənətini davam etdirmədiyindən də bəhs edib. O bildirib ki, səsi olsa da, bu sənətə başlamaq ona çətin görünüb:

“Bunun üçün hərtərəfli, maddi-mənəvi dəstək lazımdır. Əmim Firuz Səxavət bəlkə də dəstək olardı, amma məndə o potensiyalı görmədi. Əmimim özü də bunu mənə dedi. İndi 14 ildir sürücü işləyirəm. Dolanıram, işimdən də razıyam”.

Şəhriyar deyib ki, əmisigillə qonşuluqda yaşayır:

“Əmim yanımda olub. Bir əmi qardaşı oğlu ilə necə maraqlanarsa, o da elə edir. Orta məktəbi bitirdim, hərbi xidmətə yola düşdüm. Əsgərlikdən qayıtdıqdan sonra atamın dostu məni yanında işə götürdü. On il orada çalışdım, müəyyən səbəblərə görə, işdən ayrılmalı oldum. Hamının həyatı necə, mənimki də elə”.

Qeyd edək ki, Şəhriyar S. Məmmədovun birinci ailəsindən olan oğludur.