Musiqi
Musiqi

Təbrizli qız Röyanı seçdi

Təbrizli qız Röyanı seçdi

“Səs Azərbaycan” yarışmasının növbəti bölümü maraqll anlarla yadda qalıb.

OLAY yazır ki, müsabiqədə cənubi azərbaycanlı iştirakçı Elmira Atapour çıxışı ilə diqqət çəkib.

“I wish you love” mahnısı ilə yarışan Elmiraya Xalq artistləri Zülfiyyə Xanbabayeva ilə Röya Ayxan dönüb.

Təbrizdə doğulub boya-başa çatdığını deyən Elmira R. Ayxanı seçib.

Bundan əlavə, estrada ulduzu Elmiranın onu seçməsinə çox sevinib, hətta iştirakçının geyim tərzi ilə bağlı “Sən həmişə belə geyinəcəksən? Sən bağlı geyin, mən açıq” deyərək, zarafat edib.