Futbolçu Lionel Messi Argentina millisində sonuncu oyununda göz yaşlarına hakim ola bilməyib.

OLAY yazır ki, Argentina millisi Beninlə qarşılaşmanı 3:0 hesabı ilə qələbə ilə başa vurub. Komandanın kapitanı Messi isə bir qol vurub və iki məhsuldar ötürmə edib.

Messinin duyğuları oyundan əvvəl də hiss olunub. Stadion yolunda paparatsiyalar futbolçunu əlində dəsmalla görüntüləyiblər.

Matçdan sonra Messi çıxış edib. O, çıxışının əvvəlində avqust ayında vəfat edən atasını xatırlayıb, daha sonra azarkeşlərə və milli komandada çıxış etdiyi müddətdə onu dəstəkləyən hər kəsə təşəkkür edib.

Messi son matçında ağladı – Foto Messi son matçında ağladı – Foto Messi son matçında ağladı – Foto Messi son matçında ağladı – Foto