Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan mahnısına qulaq asdığı anları paylaşıb.

OLAY yazır ki, Türkmənistanda səfərdə olan Paşinyan Türkmənbaşı şəhərində velosipedlə gəzintiyə çıxıb.

Öz görüntülərini lentə alan Baş nazirin Zeynəb Həsəninin “Aram-aram” mahnısını dinləməyi diqqət çəkib.

Bu kadrlar azərbaycanlı istifadəçilər tərəfindən maraqla qarşılanıb.