Qaradağda itə qarşı zorakılıq edən şəxs sosial mediada müzakirə yaradıb. Tanınmışlar da sözügedən hadisəyə sərt reaksiya verib.

OLAY yazır ki, sosial media hesabında paylaşım edən gənc artist NURAN sözügedən məsələyə fikir bildirib:
“Heç bir canlı belə rəftara layiq deyil. Bir az mərhəmət, bir az vicdan...”.

Qeyd edək ki, Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. Heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Yayılan videoda itin hündürmərtəbəli binadan yerə atılması əks olunub. Binanın giriş hissəsinin üstünə düşən heyvanın öldüyü bildirilib.

“Heç bir canlı belə rəftara layiq deyil”