Olay
Olay

Elşənlə Natavanın filmi festivala göndərilir

Elşənlə Natavanın filmi festivala göndərilir

Asif Rüstəmovun dram janrında olan “Mərmər soyuğu” tammetrajlı bədii filminin istehsalat prosesi başa çatıb.

OLAY yazır ki, hazırda filmin beynəlxalq festivallar üzrə distribusiyası həyata keçirilir.

Ekran işi uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Uzun müddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.

“Mərmər soyuğu”nda baş rolları Xalq artisti Qurban İsmayılov, aktyor Elşən Əskərov və aktrisa Natavan Abbaslı canlandırır.

Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Baku Media Center və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.