Mədəniyyət Nazirliyinin elan etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinın müddəti uzadıldı.
OLAY yazır ki, müsabiqə tammetrajlı bədii film kateqoriyasında sərbəst mövzuda keçirilir. Əsas məqsəd milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaqdır.
2021-ci il dekabrın 1-dən elan olunmuş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinə layihələrin qəbulu reqlamentə əsasən yanvarın 17-də başa çatır.
Müsabiqəyə göndərilən sənədlərin toplanması və bəzi müəlliflər tərəfindən ssenarilərinin tamamlanması üçün əlavə vaxt verilməsi ilə bağlı edilən müraciətləri nəzərə alaraq müsabiqənin layihələrin qəbulu mərhələsinin yanvarın 31-ə qədər uzadılmasına qərar verilib. Məlumat üçün bildiririk ki, müsabiqənin digər mərhələləri reqlamentə uyğun olaraq davam edəcək.