“Mərmər soyuğu” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.
OLAY yazır ki, bu barədə “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
Qeyd olunub ki, ekran işində baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çıxış edib. Filmin 2022-ci ilin ikinci yarısında tamaşaçıya təqdim edilməsi planlaşdırılır.
Film uğursuz rəssam (Elşən Əsgərov) və sevgilisinin (Natavan Abbaslı) qarışıq münasibətlərindən bəhs edir. Uzun sürən həbs həyatından sonra evə qayıdan ata (Qurban İsmayılov) ən radikal yollarla oğlunun həyatına düzən verməyə çalışır.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, “İctimai TV” və “Arizona Productions” (Fransa) şirkətlərinin birgə istehsalı olan ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, baş prodüseri Fariz Əhmədovdur.