“Qadın bəzən o qədər acıdil, təkəbbürlü olur, bəzən özü öz əlləri ilə yoldaşını itələyir. Kişinin qısqanmağı halal, qadının isə haramdır. Çünki qadın təkəbbürlü olduğu üçün belə edir. Kişinin qısqanclığı qeyrətlə bağlıdır. Qadınlar, kişilərin telefonunu axtarmayın, axtarsanız tapacaqsınız. Özünüzü sevin. Onsuz da ideal insan yoxdur”.
OLAY yazır ki, bu sözləri müğənni Xuraman Şuşalı “MTV Xəbər”ə açıqlamasında qeyd edib. Sənətçi xanımlara məsləhət verən zaman müzakirərə səbəb olacaq ifadələr işlədib:
“Düşünürəm, ailədə daha çox kişinin sözü üstün olmalıdır. Çünki kişinin hakimiyyətini də tapdalamaq olmaz. Artıq o ailədən ailə olmaz! Çalışın, əsas pərdəni aradan götürməyin. Elə idarə edin ki, nə şiş yansın nə də kabab. Ümumiyyətlə, həyat yoldaşınıza ideal kimi baxmayın. Onun bir səhvi ucbatından çox pis əziyyət çəkəcəksiz”.