Olay
Olay

Xalq artisti əri ilə barışdı

Xalq artisti əri ilə barışdı

Xalq artisti Naibə Allahverdiyeva həyat yoldaşı ilə barışıb. 

OLAY yazır ki, onları aparıcı Zaur Baxşəliyev “Bizimləsən” proqramında barışdırıb. 

Belə ki, aktrisanın qonaq olduğu verilişə həyat yoldaşı Yusif telefonla qoşulub. O, aktrisanın onu bağışlamasını istəyərək son şans diləyib. 

Həmçinin Xalq artistini çox sevdiyini bildirib.

Zaur N. Allahverdiyevadan həyat yoldaşına bir şans da verməsini istəyib. Əvvəlcə tanışlıqlarından danışan sənətçi sonra Yusifi bağışladığını söyləyib. 

“Sənə bir şans da verirəm”,- deyə aktrisa bildirib.