Xalq artisti Naibə Allahverdiyeva instaqram hesabında ayrıldığı həyat yoldaşı ilə fotosunu paylaşıb.
OLAY yazır ki, sənətçi bölüşdüyü şəkilə “İnsan gücsüz olduğu üçün ağlamaz, uzun zaman güclü olduğu üçün ağlayar” şərhini yazıb.
Qeyd edək ki, Naibə Allahverdiyeva “Günün sədası” proqramında ərini sevmədiyini və ondan ayrıldığını bildirmişdi:
“Həyat yoldaşı öz qadınını xoşbəxt etməlidir. O, məni xoşbəxt etmədi. Mən onu əvvəlki kimi sevmirəm. Sevgini qazanmaq lazım idi, itirmək yox”.
Onu da bildirək ki, N.Allahverdiyeva ikinci dəfə 2016-cı ilin dekabrında ailə həyatı qurub. Aktrisanın birinci nikahından Məryəm adlı qızı var.