Uzun illərdir ekranlarda baş roldəki kişi aktyorlar o qədər əzələli idi ki, sanki ekrandan çıxacaqmış kimi görünürdülər. Hollivud prodüserləri “Əzələsi olmayan rola da girə bilməz” deyirmiş kimi idi. Məsələn “Road House“ filmindəki Ceyk Cillenhalll və ya Marvel-in “Qalaktikanın Mühafizəçiləri“ seriyasından Kris Prett nümunələri.
OLAY yazır ki, artıq Hollivudda işlər dəyişib. Film sənayesinin güclü, əzələli kişilərinin yerini “spagetti oğlanlar” tutub...
Timoti Şalame
Getdikcə böyüyən bədənləri ilə güc nümayişi edən Kris Evans, Hyu Cekman kimi adlardan sonra son dövrün ən populyar aktyoru, arıq bədənli Timoti Şalame və onun kimi olanlar diqqət mərkəzindədir.
28 yaşlı yarıamerikalı, yarıfransız aktyor buruq saçları, kəskin çənə xətləri və uzun-arıq bədəni ilə, 2017-ci ildə çəkilmiş “Call Me by Your Name “ filmində özünəməxsus cazibəsi ilə fərqli bir kişi idealını təqdim etdi. Daha sonra “Dune” seriyası ilə şöhrətini artıraraq dünya səviyyəsində kassalarda uğur qazandı və kinonun “arıq oğlanı” kimi tanındı.
Dominik Sessa
İlk kino təcrübəsini ötən il Aleksandr Peynin gənclik filmi “The Holdovers”da problemli gənc Anqus Tolli obrazını canlandıraraq qazanan amerikalı aktyor Dominik Sessa da “spagetti oğlan” olaraq seçilir.
Finn Volfhard və Mark Eydelşteyn
“Stranger Things”dən tanınan və indi yenidən çəkilən “Ghostbusters” filmində rol alan, dərin baxışlı Finn Volfhard, eləcə də “Anora”da spagetti qolları hər yana hərəkət edən arıq rus aktyor Mark Eydelşteyn də yeni dövrün yaraşıqlı kişiləri kimi diqqət çəkir.
Arıq kişi ulduzlarının yüksəlişi, şişirilmiş kimi görünən xarakterlərdən çox fərqli bir kişi idealını təmsil edir. Güclü, aqressiv və döyüşkən kişi anlayışının başqa bir şeyə çevrilmək istəyində olduğu görünür.
Eşton Sanders
Hollivud kinolarında bu əzələli kişi dövründən arıq bədənlərə keçidi əsasən ağdərili aktyorlar təmsil etsə də, “Moonlight” filmi ilə tanınmış 29 yaşlı Afroamerikalı aktyor Eşton Sanders kimi birini nəzərdən qaçırmaq olmaz.
Tarixi nəzərdən keçirsək, Hollivudda bədənlərin genişlənib, sonra daralması əvvəl də müşahidə edilmişdi.
Xatırlayın, Arnold Şvarzzenneger və Silvester Stallone kimi şişirdilmiş ulduzların hökmranlıq etdiyi 80-ci illərin ardından “Mənim gözəl İdahom” filmində Kianu Rivz və River Feniks “Jilbertin xəyalları” filmində Conni Depp və Leonardo DiKaprio kimi 90-cı illərin “bir dəri, bir sümük” yaraşıqlıları meydana çıxdı.
Deməli, bir avtomobili əl gücü ilə qaldıra bilməyəcək kimi görünən kişi ulduzlarına hər zaman maraq olub. Çökük sinələri və spagetti qolları ilə bu kişilər hər şeydən öncə müdafiəsiz görünürlər. Daha az özünü göstərən, iddiasız, amma bir o qədər də duyğusal və düşüncəli kişilərdir.
Yeni kişi anlayışı “Spagetti oğlanlar”ın yenidən yüksəlişi bizə gücün yalnız bədəndən ibarət olmadığını və fərqli bir kişi anlayışı təqdim edir.