Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfərə gəlib.

OLAY yazır ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.