Müğənni NURAN yeni layihəsini təqdim edib.

OLAY yazır ki, sənətçi növbəti dəfə 2000-ci illərin əvvəllərinə üz tutub.

O, müğənni Rəqsanə İsmayılovanın ifasında populyarlaşan “Günahından keçmərəm” mahnısına yeni nəfəs verib.

Günlər əvvəldən TikTok-da yayılan və 10-larla video çəkilən sinql NURAN-ın YouTube kanalında, həmçinin bütün musiqi platformalarında yerləşdirilib.

Bəstənin musiqisi Hikmət Aslanova, sözləri Zenfira Əlişqızına məxsusdur. Layihə rəhbərinin Elvin Elxan olduğu mahnının aranjimanı, eyni zamanda miks-masterinqi DAHİN-lə Rasim Əsgərova həvalə olunub.

NURAN-ın vokal məşqçisi Elçin Cəfərovdur.