Xalq artisti Röya Ayxan Zəfər Günü ilə bağlı paylaşım edib.

OLAY yazır ki, video paylaşan estrada ulduzu bu sözləri yazıb:

“44 gün... Nə qədər ağrı, nə qədər həsrət, nə qədər qürur sığdı bu 44 günə...

Cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız bir yumruq kimi birləşdi. Dəmir Yumruq olduq! Ordumuz irəlilədi, əsgərlərimiz canı-qanı bahasına torpaqlarımızı azad etdi. Suqovuşan, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı... Və nəhayət, 28 illik həsrətimizin bitdiyi Şuşa!

Şuşaya gedən yol heç də asan olmadı. Sıldırım qayalar, ağır döyüşlər, qəhrəman oğullarımızın misilsiz şücaəti... Şuşanı bizə şəhidlərimizin qanı ilə yazılmış tarix qaytardı.

Ali Baş Komandanımızın “Əziz Şuşa, sən azadsan!” sözlərini eşitdiyimiz o günü heç vaxt unutmaram. O gün təkcə Şuşa deyil, illərlə qəlbimizdə daşıdığımız bir həsrət də azad oldu.

Bu Zəfərdə payı olan generallarımızı, zabitlərimizi, əsgərlərimizi, şəhidlərimizi və qazilərimizi heç vaxt unutmayaq. Şəhidlərimizin qarşısında baş əyir, qazilərimizə minnətdarlığımı bildirirəm.

Qələbəmiz əbədi, bayrağımız daim uca olsun!

Zəfər Günümüz mübarək, Azərbaycan!”.