Olay
Olay

Anar Məmmədovun hesabına hücum oldu, Alişan paylaşdı  

Anar Məmmədovun hesabına hücum oldu, Alişan paylaşdı   

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun 15 minlik İnstaqram hesabı haker hücumuna məruz qalıb.

OLAY yazır ki, bu barədə türkiyəli müğənni Alişan məlumat yayıb.

Sənətçi A.Məmmədovun açıqlamasını İnstaqramın hekayə bölümündə paylaşıb:

“İnstaqram hesabım haker hücumuna məruz qalıb. Bununla bağlı İnstaqramla əlaqə saxlamağa çalışsam da, o qədər qeyri-peşəkardılar ki, problemi həll edə bilmədilər. Onların işindən xeyli məyusam”.

Qeyd edək ki, Alişan və Anar Məmmədov uzun illərdir dostdurlar. A. Məmmədov Alişanın nikah şahidi olmuşdu.