Olay
Olay

Pasterin Rəşad Dağlı paylaşımı müzakirə yaratdı

Pasterin Rəşad Dağlı paylaşımı müzakirə yaratdı

Tanınmış reper Pasterin (Pərviz Quluzadə) meyxanaçı Rəşad Dağlı ilə studiyadan foto paylaşması müzakirələrə səbəb olub.

İzləyicilər iki sənətçinin duetə imza atması fikirlərinə qapılıblar. Buna isə Pasterin son günlər “TikTok”da Rəşad Dağlının ifasında trendə çevirilən “Mənim qərdeşim” (Şir həmişə şirdir – red.) meyxanasının sözlərini yazması səbəb olub.

Postun altında “Yenə dəli dəli fikirlər gəlir?”, “Paster ft. Rəşad Dağlı”, “Əjdaha nəsə gəlir”, “Hələ saat 11idi my gang gang” kimi şərhlər öz yerini alıb.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçilər duet oxumayıb. “Şir həmişə şirdir” adlı ifa fərqli tərzdə Clavis və Rəşad Dağlı tərəfindən təqdim ediləcək.