Olay
Olay

Van Dammın oğlundan azərbaycanlı həyat yoldaşı ilə bağlı paylaşım

Van Dammın oğlundan azərbaycanlı həyat yoldaşı ilə bağlı paylaşım

Dünyaca məşhur aktyor Jan Klod Van Dammın oğlu Kristofer Van Damm sosial media hesabında azərbaycanlı həyat yoldaşı Suada Hacızadə barədə paylaşım edib.

OLAY yazır ki, o, yarım ildən çoxdur ailə qurduğu həmyerlimizə Sevgililər günü münasibətilə təbrik yazıb.

“Sevgililər günün mübarəkdir, canım. Hər ötən gün sabahı dörd gözlə gözləməyimə səbəb olursan, səni sevirəm”, - deyə, Kris bildirib.

Qeyd edək ki, cütlük ötən il iyunun 17-də Azərbaycanın Türkiyədəki baş konsulluğunda nikah bağlayıb. Cütlüyün nikahı sosial mediada günlərlə müzakirə olunmuşdu.