Olay
Olay

“Desəydi ki, Brilliantdan öyrənmişəm, deyərdim, yaxşı oxuyur”

“Desəydi ki, Brilliantdan öyrənmişəm, deyərdim, yaxşı oxuyur”

Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Lalə Məmmədovanın onun barədə söylədiyi “Qabağına qaçıb “salam” verirdim, salamımı almırdı” sözlərinə cavab verib.

OLAY yazır ki, sənətçi ad çəkməsə də, bu barədə “Günün sədası” verilişində danışıb:

“Diqqət mərkəzində olmaq istəyənlər adımı çəkirlər, haqqımda yanlış fikirlər formalaşdırırlar. Mən Alla Puqaçovanı, Ajda Pekkanı çox sevmişəm. Onların ünvanına hansısa pis söz yazılanda ona qarşı sevgim dəyişmirdi. Səni sevən onsuz da sevəcək. Ola bilməz ki, kiminsə sözü ilə sənə qarşı sevgi dəyişsin. Bu barədə rahatam. Mənim kiməsə söz atmağım mümkün deyil. Çalışmışam cavab verməyim, elə sferadayıq ki, bəzən məcbur olursan. Biz böyüklərdən öyrənirik, kiçikləri öyrətməyə çalışırıq. Söz atmaq yaxşı bir şey deyil, inanmıram ki, o insanların hörməti olsun. Günlərlə, həftələrlə mahnılarımı dinləyənlər, xırdalıqlarımı, milizmalarımı öyrənənlər səhnəyə çıxanda nədənsə kölgəmi qılınclayıblar.

Oxuyanlar var ki, mənə söz atırlar, bilirlər ki, cavab verməyəcəm. Haqqımda yalandan fikir formalaşdırırlar. Biri bu yaxınlarda yazıb ki, qaçırdım Brilliantın qabağına salam verirdim...

Belə şey heç vaxt olmayıb. Sadəcə o adam eşidib ki, mən həmişə demişəm ki, İlhamə Quliyevanı sevirdim, qabağına qaçırdım, o məni saymırdı. İndi bunu götürüb mənə edir. Amma mənim qabağıma heç tanımadığım bir adam qaçsa, salam Allahın adıdır, heç vaxt ola bilməz ki, salamı almayım. Elə adamlar var ki, onların mənə salam verməyindən qorxuram. Mənim atmosferimdə olmasınlar, bilirəm ki, pislik edən adamlardır.

Zamiq, Elton, Abbasdan soruşanda onlar deyib ki, biz günlərlə Brilliant Dadaşovaya qulaq asmışıq. Məndən soruşanda deyirlər, necə oxuyurlar? Onları tərifləyirəm, çünki məndən götürdüklərini etiraf edirlər. Kiməsə mənim kimi oxuyursa, deyirsə ki, mən Brillianta yox, Zeynəb Xanlarovaya qulaq asmışam, o zaman mən nə deməliyəm? Desəydi ki, Brillianta qulaq asmışam, ondan öyrənmişəm, deyərdim nolar ki? Yaxşı oxuyur”.

Qeyd edək ki, L. Məmmədova “Səhər mərkəzi” proqramında B.Dadaşova haqda danışarkən bu sözləri demişdi:

“Brilliant Dadaşova mənim üçün zirvə olub, bunu qəbullanmışam. Onu gözümdə o qədər böyütmüşdüm ki... Bütün çəkilişlərdə qabağına qaçıb “salam” verirdim. Amma ondan belə münasibət gözləmirdim. Gözümdə hər şey dağıldı”.