İnfluenser Aynur Xəlilova ilə Arzu Məmmədovanın “Arzu.ja” qalmaqalı məhkəməyə qədər gedib çatıb.
OLAY yazır ki, bu barədə Aynur özü məlumat yayıb. O, Arzunun Nubi Paşa adlı şəxslə zəng tarixçəsini paylaşıb Aynura söz atdığı “story”dən sonra bunları yazıb:
“Dostlar, mən sözümü dedim. Əsaslandırdım. Bu qalmaqalı ilk başladan da mən deyiləm. Xəbər və maqazin səhifələrinin altındakı şərhlər də kimin kim olduğunu deyir. Həddini aşan hər bir insan hüquq və qanun çərçivəsində cavabını alacaq! Son sözümü də kanalda yazdım. Bu mövzu ilə bağlı yazdığım son “story”dir. Həddini aşan hər bir insan artıq vəkilimdə artıq Hüquq Mühafizə orqanlarında “story”lərdə yox”.
Aynur instaqram kanalında isə bu sözləri qeyd edib:
“Haqqımda danışılanları o 41 dəqiqədə. Mən də çıxıb hər şey danışa bilərəm. Həddini bilməyən. İtirməyə həyası-abırı olmayan hər insan istənilən ssenarini danışa bilər. Və cümlə olaraq paylaşa bilər. Və o danışılanlarını sübuta yetirməyən hər bir insan şərəfsizdir, əxlaqsızdır, namussuzdur. Dostlar, hamı yazıb ki, bloger hansıdır? Nə şəkil göndərib? Özü deyib ki, çaşsa, paylaşarsan, Kəbədəki şəkli ilə kollaj edərsən. Etmərəm! Özümə hörmətim var. Mən içki içirəm, bunu da bildirirəm. Biz yeyib-içən ailəyik. Atam demiş, ona oxşamışam, qayınatamla, yeyib-içirik. Başqa pis vərdişlərim yoxdur. Ki ola da bilər. Dostlarımın, ailəmdəki insanların pis vərdişləri var. Adama deyərlər bu, nə çirkinləşməkdir? Guya, sən içmirsən? Əlbəttə içirəm. Amma sonra Respublikada “ən dindar mənəm” demirəm. Açıq geyinirəm, bəli. Amma çıxıb demirəm ki, ən dindar mənəm. Məni məyus edən o fotonun mənə gəlməyi oldu. 3 balamın canına and olsun o qədər pis oldum ki... Busunuz siz! Məsələn, xəngələ gedirəm, belə həyasıza baş qoşa bilmərəm, deyib sonra “story” atmıram. Gerisi vəkilimdədir. Arzunun “story”lərini izləyəcək”.
Qeyd edək ki, Arzunun sözügedən paylaşımında isə “Telefon qulağımda, əlim üzümdə qaldı. Belə olmaz, məncə, görüşək” sözləri qeyd olunub.