Aparıcı Zaur Baxşəliyev həyat yoldaşı Günay Baxşəliyevanın ad gününü təbrik edib.

OLAY yazır ki, Zaur instaqramda Günaya bu sözləri yazıb:

“Günayım, ad günün mübarək! İllər keçdikcə daha yaxşı anlayıram ki, insanın həyatda ən böyük qazancı yanında doğru insanın olmasıdır. Mənim ən böyük qazancım da sənsən… Sən mənə sadəcə həyat yoldaşı olmadın, mənə ailə oldun. Üstəlik, həyatımın ən böyük səadətini — balalarımızı mənə bəxş etdin. Onlara baxanda düşünürəm ki, Allah mənə bundan gözəl nə verə bilərdi? Birlikdə çox şey yaşamışıq, çox yollar getmişik, saysız xatirələr toplamışıq. Amma mənim üçün dünyanın ən gözəl mənzərəsi yenə də eynidir: sən və balalarımız yanımda… Dördümüz bir yerdə. Səni tək sevdiyim qadın kimi yox, balalarımın anası, evimin istiliyi, ömrümün ən doğma insanı
kimi sevirəm. Allah səni mənə və balalarımıza çox görməsin. Həmişə üzün gülsün, Günayım. Nə yaxşı ki, varsan. Nə yaxşı ki, mənim həyatımdasan. Ad günün mübarək, mənim Günayım!”.

“Mənə sadəcə həyat yoldaşı olmadın, ailə oldun” “Mənə sadəcə həyat yoldaşı olmadın, ailə oldun”