NOW-un ilk mövsümü ilə böyük maraq görən və yüksək reytinqlər qazanan "Yeraltı" serialı yeni mövsüm hazırlıqlarına başlayıb.
OLAY yazır ki, İsmail Hacıoğlu, Şükran Ovalı, Azra Aksu və Ekrem Tamerin də daxil olduğu güclü heyətlə yenidən izləyicilərlə görüşməyə hazırlaşan serial yeni mövsümdə də yüksək həyəcan və sirr dolu hekayəsi ilə gündəm olacaq.
Yenilənmiş heyətin oxu məşqində bir araya gəldiyi layihədə Bozo (Uraz Kaygılaroğlu) keçmişi ilə bağlı yeni simalarla üz-üzə gələcək. Şükran Ovalı onun keçmiş sevgilisi, Azra Aksu qızı, İsmail Hacıoğlu qızın əmisi Ekrem Tamer isə babası rolunda hekayəyə daxil olur nöqtəsidir.