Olay
Olay

“Mavi quş” üçün özünü müğənni etdi

“Mavi quş” üçün özünü müğənni etdi

Tanınmış blogerlərdən biri olan Mehin Oktaylı (iconmekh) özünü müğənni kimi qələmə verib. 

OLAY yazır ki, o, bunu instaqramda təsdiqlənmək üçün edib. 

Mehin video paylaşaraq deyib ki, “mavi quş” almaq üçün belə etməlidir:

“Təcili səhifəmdə iki postuma ingilis dilində “Çox gözəl müğənnisən”, “Nə yaxşı oxuyursan” kimi şərhlər yazın. Çünki bu mənim işimlə bağlı böyük qərardır. Səhifəmin təsdiqlənməsi üçün özümü müğənni kimi göstərməliyəm. Bilirəm, gülməlidir, amma eybi yox. Burada yalandan danışmalı nəsə yoxdur. Çünki instaqram Azərbaycanı və blogerləri tanımır.

Ona görə belə bir şey edirik. Bir də “mavi tık” alana qədər mikrofonla, mahnı oxuduğum videolar postlar paylaşmalıymışam. Paylaşmaya da bilərdim. Amma riskə atmamaq üçün etdin. Nə edim? Onsuz hamı bilir necə alınır, nə cür alınır? Ona görə gizlətməyin də yeri yoxdur deyə düşündüm. Təsdiqlənə qədər müğənni kimi qəbul edin. Harada gəldi səhnəyə çıxıb, əlimdə mikrofon şəkil və video paylaşacam”.