Müğənni Damlanın instaqram səhifəsinə naməlum şəxslər tərəfindən kiber hücum edilib.
OLAY yazır ki, ifaçı bununla bağlı rəsmi hesabında məlumat yayıb. O bildirib ki, profilinə saxta izləyici toplayırlar:
“On səkkiz saatdan çoxdur ki, səhifəmi gizli etmişəm. Bot (saxta) izləyici yükləyib səhifəmi dondurmaq istəyən vicdansız, artıq yetər. Mənə saxta izləyici lazım deyil. Bu nədir belə? Feyk hindli izləyiciləri geri çevirməkdən telefonumun enerjisi bitdi. Allahın lənətinə gələsən”.