Xalq artisti Zülfiyyə Xanbabayeva “Səhərin gözü” verilişində açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, o, instaqramda tez-tez paylaşım etməkdən utandığını söyləyib:
“Mən tez-tez şəkil paylaşmaqdan utanıram. Mənə başa salırlar ki, bur normal bir şeydir. Bilmirəm, nədənsə indi öyrəşməyə başlamışam”.
Müğənni aparıcı Cahid Şahbazovun “Miri Yusifi izləyirsinizmi” sualına belə cavab verib:
“Miri Yusifi izləmirəm. İnsanlar var münasibətlərini instaqram üzərində qurublar. Mənim üçün bu, boş bir şeydir. Ümumiyyətlə instaqramla nə səhnəyə gəlmişəm, nə də dostluğumu qurmuşam. Kim kiminləsə küsür, danışmır blok edir. Belə şeylərdən tamamilə uzağam”.